Rusiya Ukraynaya qarşı əlavə hücumlar üçün bəraət yaradır - Ukrayna XİN başçısı

Rusiya Ukraynaya qarşı əlavə hücumlar üçün bəraət yaradır - Ukrayna XİN başçısı backend

 "Yalnız Rusiyanın Ukraynaya qarşı növbəti hücumları üçün bəhanə və yalan əsaslandırma yaratmaq, eləcə də sülh prosesini pozmaq və çətinləşdirmək məqsədi güdür".

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün Facebook hesabında yazıb və Rusiyanın Ukraynanın hücumu ilə bağlı iddialarını "manipulyasiya" adlandırıb.

"Tipik Rusiya taktikası: qarşı tərəfi özün etdiyin və ya planlaşdırdığın şeylərdə günahlandırmaq", - o, davam edib.

Ukraynalı nazir xatırladıb ki, 2025-ci ilin əvvəlində Rusiya Silahlı Qüvvələri Ukrayna hökumət binasına zərbə endirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri "yalnız Rusiya ərazisindəki qanuni hərbi hədəfləri" vurur.

"Beynəlxalq ictimaiyyəti Rusiyanın konstruktiv sülh prosesini pozmağa yönəlmiş təxribatçı bəyanatlarını qınamağa çağırırıq. Ukrayna ABŞ-ın rəhbərliyi ilə və Avropa tərəfdaşlarının iştirakı ilə aparılan sülh səylərinə sadiq qalır", - deyə Sibiqa yekunlaşdırıb.

QAZİLER.AZ