Səmərqəndə uçan təyyarə sərxoş sərnişinə görə təcili eniş etməli oldu

Səmərqəndə uçan təyyarə sərxoş sərnişinə görə təcili eniş etməli oldu backend

İstanbuldan Səmərqənd şəhərinə uçan təyyarə sərxoş sərnişinin səs-küy salması səbəbindən Urgencdə eniş etmək məcburiyyətində qalıb.

Kişi sərxoş vəziyyətdə digər sərnişinlərə və ekipaj üzvlərinə qarşı ədəbsiz davranıb.

Qaziler.az bildirir ki, "Uzbekistan Airports"ın mətbuat xidmətinin məlumatına görə, İstanbuldan Səmərqənd istiqamətində hərəkət edən HY276 reysi sərnişinin  davranışı səbəbindən Urgenç Beynəlxalq Hava Limanına eniş etmək məcburiyyətində qalıb.

"Uçuşdakı sərnişinlərdən biri sərxoş vəziyyətdə digər sərnişinlərə və heyətə qarşı nalayiq davranış sərgiləyib. O, əlavə araşdırma üçün hüquq-mühafizə orqanlarına təhvil verilib", - deyə açıqlamada bildirilir.

Təyyarə yanacaq doldurduqdan qısa müddət sonra təyinat yerinə uçuşunu davam etdirib.

QAZİLER.AZ