KİV: Türkiyə yanvarın 1-dən Ermənistanla sərhədi qismən açmağa hazırdır

KİV: Türkiyə yanvarın 1-dən Ermənistanla sərhədi qismən açmağa hazırdır backend

Türkiyə yeni ildən Ermənistanla sərhədi qismən açmağa hazırdır.

 

APA xəbər verir ki, bu barədə “Qraparak” məlumat yayıb.

 

Məlumata görə, sərhəd qismən açılacaq və üçüncü ölkə vətəndaşları və diplomatik pasporta sahib şəxslər oradan keçmək imkanına malik olacaqlar.

 

Bildirilir ki, yük daşımaları üçün sərhəd hələ bağlı qalacaq.