Çanaqqalada 34 qanunsuz miqrant saxlanılıb

Çanaqqalada 34 qanunsuz miqrant saxlanılıb backend

Çanaqqalanın Ayvacık rayonunda qadın və uşaqların da daxil olduğu 34 qanunsuz miqrant saxlanılıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyə Sahil Mühafizəsi Komandanlığı qrupları Ayvacık sahillərində hərəkət edən şişmə qayıqda bir qrup qanunsuz miqrant aşkar ediblər.

"TCSG-28" qayığı tərəfindən ərazidə keçirilən əməliyyatda 16-sı uşaq olmaqla Əfqanıstan vətəndaşı olan 34 qanunsuz miqrant saxlanılıb.

Xarici vətəndaşlar prosedurları başa çatdıqdan sonra Ayvacık miqrantların  qəbulu və transferi mərkəzinə təhvil veriliblər.

QAZİLER.AZ