Rusiyanın Tula bölgəsindəki sənaye müəssisəsində baş verən böyük yanğın 4500 kvadrat metr ərazini əhatə edib.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi dekabrın 25-də məlumat verib.
"Tula bölgəsində, yenilənmiş məlumata görə, yanğın 4500 kvadrat metr ərazini əhatə edib. Hazırda yanğın lokallaşdırılıb", nazirlik MAX mesajlaşma tətbiqində verdiyi açıqlamada bildirib.
Nazirliyin məlumatına görə, hadisə nəticəsində 12 nəfər təcili olaraq təxliyə edilib və ilkin xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əlli mütəxəssis və 13 texnika cəlb edilib.
QAZİLER.AZ



