Xabarovsk diyarında baş verən yol qəzasında Amur pələngi ölüb

Xabarovsk diyarında baş verən yol qəzasında Amur pələngi ölüb backend

Rusiyanın Xabarovsk vilayətində baş verən qəzada Amur pələngi ölüb.

Qaziler.az bildirir ki, bu barədə regional Dövlət Yol Müfəttişliyi dekabrın 25-də məlumat verib.

Agentliyin məlumatına görə, vəhşi heyvan qəfildən Vladivostoka doğru gedən Nissan X-Trail avtomobilinin təkərlərinin altından yola tullanıb. Avtomobilin sol qanadından dəyən zərbə pələngi qarşıdan gələn nəqliyyat vasitələrinin üzərinə atıb.

"Həyvan qəza nəticəsində ölüb. Dörd nəqliyyat vasitəsi zədələnib. Heç kim xəsarət almayıb", - gentlik əlavə edib.

Onlar əlavə ediblər ki, Amur pələngi Qırmızı Kitaba daxil edilib və onun ölümünə görə cərimə 2 milyon rubla çata bilər.

QAZİLER.AZ