Türkiyənin xarici işlər naziri HƏMAS nümayəndə heyəti ilə görüşüb

Türkiyənin xarici işlər naziri HƏMAS nümayəndə heyəti ilə görüşüb backend

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil əl-Həyyanın rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti ilə görüşüb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, bu gün Ankarada keçirilən görüşdə Qəzzada mövcud vəziyyət hərtərəfli qiymətləndirilib.

Müzakirələr xüsusilə Qəzza sülh planının ikinci mərhələsinə keçid prosesi ilə bağlı olub.

Hakan Fidan Türkiyənin bütün beynəlxalq platformalarda fələstinlilərin hüquqlarını ən güclü şəkildə müdafiə etməyə davam etdiyini vurğuladı. Nümayəndə heyətinə Türkiyənin Qəzzada humanitar böhranın aradan qaldırılmasına yönəlmiş davam edən sığınacaq və humanitar yardım səyləri barədə məlumat verən Hakan Fidan, Türkiyənin bölgədəki yaraları sağaltmaq öhdəliyini bir daha təkrarladı.

QAZİLER.AZ