Ankarada qəzaya uğrayan "Dassault Falcon 50" tipli təyyarənin qalıqları tapılıb.
Apa xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb
***
23:11
Ankarada qəzaya uğrayan "Dassault Falcon 50" tipli təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərlik nümayəndə heyəti olub. Uçuş heyətinin tərkibində 2 pilot və 1 bort bələdçisi olub.
Apa xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Qeyd olunur ki, Məhəmməd Əli ƏhmƏd Əl-Həddad bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüş keçirmişdi.
***
23:01
Liviyanın Baş Qərargah rəisinin olduğu "Falcon-50" tipli biznes jet təyyarəsi Ankarada qəzaya uğrayıb.
Apa-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Hadisə ilə əlaqədar Esenboğa Hava Limanında uçuşlar dayandırılıb.
***
22:54
Ankarada xüsusi təyyarə ilə radar əlaqəsi kəsilib.
Apa-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Təyyarədə Liviyanın Baş Qərargah rəisinin olduğu bildirilir.



