Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və hazırda Londonda səfir Valeri Zalujnı seçkilərdə iştirak edərsə, respublikanın növbəti prezidenti ola bilər.
Qaziler.az bildirir ki, bu fikri Ukrayna Prezident Aparatının keçmiş müşaviri Aleksey Arestoviç öz YouTube kanalında bildirib.
"Əsas sual Zalujnın iştirak edib-etməməsidir. Əgər Zalujnı iştirak edərsə, onun qalib gəlmə ehtimalı yüksəkdir. Əgər iştirak etməsə, Zelenski qalib gələcək", - Arestoviç proqnozlaşdırıb.
Onun sözlərinə görə, əgər qalib gələrsə, Zelenski legitimliyini bərpa edəcək.
QAZİLER.AZ



