İstanbulun Ümraniye rayonunda 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən mağazada baş verən yanğın söndürülüb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Cevahir küçəsində 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən şüşə qablar, dəftərxana ləvazimatları və hədiyyə əşyaları satan mağazada naməlum səbəbdən yanğın baş verib.
Mağazada yapışqanların və tezalışan materialların alışması nəticəsində yaranan yanğın partlayışlara səbəb olub və alov tez bir zamanda yayılaraq binanın bütün bir tərəfini bürüyüb.
Hadisə yerinə çoxsaylı yanğınsöndürmə, tibbi və polis qrupları göndərilib.
Polis təhlükəsizliyi təmin edərkən yanğınsöndürənlər alovun qarşısını alıblar.
Yanğında heç kim xəsarət almayıb, lakin söndürmə işləri zamanı bir yanğınsöndürən tüstüdən təsirlənib. Tibbi personal hadisə yerində yanğınsöndürənə tibbi yardım göstərib.
Bölmələr tərəfindən nəzarət altına alınan yanğın söndürülüb.
Daha sonra yanğınsöndürənlər yanan mağazada soyutma əməliyyatları aparıblar.
QAZİLER.AZ



