Dubaydan Yekaterinburqa uçan Airbus A320 təyyarəsi mühərriki söndürülmüş vəziyyətdə Aşqabadda təcili eniş edib.
Qaziler.az bildirir ki, bu barədə dekabrın 22-də Ural Hava Yolları Telegram kanalında məlumat verilib.
"“Təyyarə komandiri yanacaq göstəricilərində fərq aşkar edib. Uçuş təhlükəsizliyini təmin etmək üçün təlimatlara ciddi şəkildə uyğun olaraq mühərriki söndürüb və ən yaxın aerodroma təhlükəsiz eniş etdi", - məlumatda deyilir.
QAZİLER.AZ



