Rusiya xarici işlər naziri Sergey Lavrov və Venesuelalı həmkarı İvan Xil telefon danışığı zamanı Vaşinqtonun Karib dənizindəki artan hərəkətlərindən ciddi narahatlıqlarını ifadə ediblər.
Qaziler.az "izvestiya.ru"ya istinadən bildirir ki, müvafiq məlumat dekabrın 22-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilib.
"Nazirlər Vaşinqtonun Karib dənizindəki artan hərəkətlərindən ciddi narahatlıqlarını ifadə ediblər. Bu hərəkətlər region üçün genişmiqyaslı nəticələrə səbəb ola bilər və beynəlxalq gəmiçilik üçün təhlükə yaradır", - məlumatda deyilir.
Lavrov öz növbəsində Rusiyanın Venesuelaya tam dəstəyini bir daha təsdiqləyib. Xarici işlər nazirləri həmçinin beynəlxalq forumlarda, xüsusən də BMT-də əlaqələri davam etdirmək və hərəkətləri əlaqələndirmək barədə razılığa gəliblər.
QAZİLER.AZ



