Texnikanın sürətlə itirilməsi səbəbindən rusiyalı işğalçıları at belində hücumlar həyata keçirməyə məcbur olublar. Lakin Ukrayna Silahlı Qüvvələri dronların köməyi ilə bu hücumçuları tez bir zamanda məhv edir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna ataman İvan Sirko adına 92-ci hücum briqadasının "Facebook" paylaşımına istinadən məlumat yayıb.
Ukrayna müdafiəçiləri iki düşmən əsgərinin at belində olduğunu göstərən dron görüntülərini yayımladılar.
"Rusiyalı işğalçılar "ət hücumları" zamanı texnikalarını o qədər tez itirirlər ki, at belində irəliləmək məcburiyyətində qalırlar. Lakin bu belə onlara kömək etmir - 92-ci Hava hücum briqadasının 5-ci hücum batalyonunun dron operatorları hədəf görən kimi düşməni sıradan çıxarırlar", - məlumatda deyilir.
QAZİLER.AZ



