Qazaxıstan Prezidenti MDB dövlət başçılarının görüşündə iştirak edib - VİDEO

Qazaxıstan Prezidenti MDB dövlət başçılarının görüşündə iştirak edib - VİDEO backend

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib.

Qaziler.az bildirir ki, Kazinform Akorda-ya istinadən xəbər verir.

MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan Prezidenti Sadir Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər.

Tədbir zamanı MDB liderləri əsas inkişaf vektorlarını müzakirə etdilər və praktik əməkdaşlığı gücləndirmək üçün gələcək addımları müəyyən etdilər.

QAZİLER.AZ