Moskva və Sankt-Peterburq sakinləri WhatsApp-sız qalıb

Moskva və Sankt-Peterburq sakinləri WhatsApp-sız qalıb backend

Rusiyalı istifadəçilər WhatsApp mesajlaşmasının kəsilməsindən kütləvi şəkildə şikayət etməyə başlayıblar.

Qaziler.az bildirir ki, Sboy.rf veb saytının məlumatlarına görə, problemlərlə bağlı ən çox Moskva və Sankt-Peterburqdan şikayətlər gəlir. Bu şəhərlərin sakinləri mesajların göndərilmədiyini və ya alınmadığını bildirirlər.

Çoxları üçün WhatsApp 21 dekabr axşamından bəri yüklənə bilmir. Moskva vilayətində, Voronej, Vladimir və Kalininqrad vilayətlərində, Krımda və Krasnodar diyarında da problemlər qeydə alınıb. Son 24 saat ərzində ümumilikdə 1600-dən çox şikayət qeydə alınıb.

QAZİLER.AZ