Amasyanın Taşova rayonunda iki avtomobil toqquşub. Yol qəzasında altı nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, Güvendik ərazisində iki avtomobil toqquşub.
Qəzada sürücülər və avtomobillərdə olan dörd sərnişin xəsarət alıb.
Məlumatdan sonra hadisə yerinə 112 Təcili Tibbi Yardım Xidməti, yanğınsöndürmə və polis qrupları göndərilib.
Yaralılar Taşova Dövlət Xəstəxanasına aparılıb.
QAZİLER.AZ



