Umerov və Uitkoff arasında görüşdə bir neçə ölkənin nümayəndələri də iştirak edəcək

Umerov və Uitkoff arasında görüşdə bir neçə ölkənin nümayəndələri də iştirak edəcək backend

Ukrayna və Amerika nümayəndə heyətləri bu gün, 19 dekabrda ABŞ-da görüşəcəklər. Danışıqlarda bir neçə ölkənin rəsmiləri də iştirak edəcəklər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna məlumat verib.

Adı açıqlanmayan mənbələr bildiriblər ki, Almaniya, Fransa və Böyük Britaniyadan milli təhlükəsizlik müşavirləri Umerov və Uitkoffun danışıqlarına qoşulacaqlar.

"Türkiyənin xarici işlər naziri (Hakan Fidan - red.) və Qətərin baş naziri (Məhəmməd bin Əbdülrəhman əl-Tani - red.) də bu gün Mayamidə keçiriləcək Ukrayna ilə bağlı danışıqlarda iştirak edəcəklər", - jurnalist əlavə edib.

QAZİLER.AZ