Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı tezliklə razılığa gəlmə ehtimalının yüksək olduğunu bildirib.
Modern.az xəbər verir ki, TRT World televiziya kanalına verdiyi müsahibədə o bildirib: “Hazırda razılaşma imzalamağa çox yaxınıq. Deyə biləcəyim tək şey budur”.
Nazir əlavə edib ki, Ankara bu məsələ ilə bağlı Moskva və Kiyevin nümayəndələri, eləcə də ABŞ və Avropa ölkələrinin rəsmiləri ilə əlaqə saxlayır.
Türkiyə xarici işlər naziri qeyd edib ki, bütün tərəflərin tələblərini birləşdirmək, formatı müəyyən etmək və nizamlama planı hazırlamaq çox çətin bir işdir.
Fidan həmçinin vurğulayıb ki, Türkiyə Ukraynada “istənilən atəşkəsi, istənilən sülhü alqışlamağa” hazırdır.



