Jurnalistlər Rusiya prezidenti Vladimir Putinlə birbaşa xəttin keçiriləcəyi zala daxil olmağa başlayıblar.
Qaziler.az bildirir ki, bu barədə "İzvestiya"nın müxbiri İqor Baldin bildirib.
Qeyd edilib ki, tədbirdə Rusiya mətbuatı ilə yanaşı, xarici media nümayəndələri də iştirak edəcək. Müxtəlif ölkələrdən təxminən 600 jurnalist akkreditasiyadan keçib.
Suallar dekabrın 4-də qəbul edilməyə başlayıb. Sualların emalı üçün "Sberbank-ın GigaChat" neyron şəbəkəsindən istifadə olunur. İlkin təhlillərə görə, ən populyar mövzular sosial siyasət, infrastrukturun inkişafı, mənzil və dövlət-özəl münasibətləri əhatə edir.
QAZİLER.AZ



