Donetsk vilayətinin Seversk rayonunda əməliyyat vəziyyəti kritikdir. Ukrayna Müdafiə Qüvvələrinin bəzi bölmələri mühasirəyə düşmək təhlükəsi ilə üzləşib.
Qaziler.az bildirir ki, RBC-Ukraynanın məlumatına görə, bu barədə nüfuzlu hərbi bloqçulardan biri olan "Mayorun səsi" məlumat verib.
Onun sözlərinə görə, orada döyüş tapşırıqları yerinə yetirən bəzi Ukrayna bölmələri mühasirəyə düşmək təhlükəsi ilə üzləşib.
"Bəzi bölmələrimiz hələ də Serebryankadadır. Onlar yarımmühasirədədir. Logistika ciddi şəkildə çətinləşib", - Ukrayna Silahlı Qüvvələrinin mayoru, politoloq və Telegram kanalını idarə edən könüllü Andrey Tkaçuk qeyd edib.
Onun sözlərinə görə, düşmən Dronovka və Zakitnoye arasından Severski Donets çayını keçməyə çalışır.
"Ruslar Zakitnoyeyə nüfuz etməyi hədəfləyirlər. Zakitnoyenin itirilməsi ərazini müdafiə edən bölmələr üçün kritik ola bilər", - bloger deyib.
O əlavə edib ki, bu ərazidə yenidən qruplaşma olmasa, bölmələrimizin mühasirəyə alınma riski yüksəkdir.
QAZİLER.AZ



