Hakan Fidan ABŞ-da Qəzza ilə bağlı keçiriləcək görüşdə iştirak edəcək

Hakan Fidan ABŞ-da Qəzza ilə bağlı keçiriləcək görüşdə iştirak edəcək backend

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah ABŞ-da Qəzza ilə bağlı keçiriləcək görüşdə iştirak edəcək.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.

Nazirliyin yazılı açıqlamasına görə, Fidan səhər saatlarında Florida ştatının Mayami şəhərində ABŞ, Misir və Qətər rəsmilərinin iştirakı ilə keçiriləcək Qazza ilə görüşdə iştirak edəcək.

Görüş çərçivəsində digər regional məsələlərlə bağlı da danışıqlar aparılacaq.

Qaziler.az