Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinin tezliklə Gürcüstan paytaxtında səfirlik açacağını açıqlayıb.
Qaziler.az "onlayn-qruziya"ya istinadən bildirir ki, o, bu açıqlamanı Belqradda Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşündən sonra keçirilən mətbuat konfransında verdi.
"Tezliklə Tbilisidə bir səfirlik açacağıq ki, bu da bir çox biznes təşəbbüslərinin irəli sürülməsi, eləcə də siyasi əməkdaşlığımızın daha da gücləndirilməsi üçün əlverişli olacaq", - Vuçiç dedi.
O, Belqrad və Tbilisi arasında birbaşa hava əlaqəsinin iqtisadi və siyasi əlaqələrin inkişafı üçün şərait yaratdığını qeyd etdi və hər iki ölkənin hakimiyyət orqanlarının əvvəllər bu istiqamətdə kifayət qədər səy göstərmədiyini etiraf etdi.
Serbiya Prezidenti həmçinin iki ölkə xalqları arasında tarixi və mədəni yaxınlığı vurğulayıb: "Mən Prezident Kavelaşviliyə dedim ki, burada hər kəs Gürcüstanı sevir və o, hara getsə, serb qonaqpərvərliyini görə və hiss edə biləcək".
QAZİLER.AZ



