Ukrayna Mi-24 helikopterinin ekipajı döyüş tapşırığı zamanı həlak olub

Ukrayna Mi-24 helikopterinin ekipajı döyüş tapşırığı zamanı həlak olub backend

Mi-24 hücum vertolyotunun ekipaj üzvləri olan Ukrayna müdafiəçiləri Ukraynada cəbhə xəttində həlak olublar.

RBK-Ukrayna bu barədə 12-ci Ordu Aviasiya Briqadasına istinadən məlumat yayıb.

"Bu gün aviasiya ailəmizin üzərinə qara buludlar dolaşıb. Mi-24 vertolyotunun ekipajı döyüş tapşırığını yerinə yetirərkən həlak olub", - briqadanın açıqlamasında deyilir.

Onlar əlavə ediblər ki, bu, hava qüvvələri, Ukrayna və onları evdə gözləyən ukraynalı əsgərlərin ailələri üçün əvəzolunmaz itkidir.

Briqada hərbçilərin hansı şəraitdə öldüyünü dəqiq açıqlamayıb.

Qaziler.az