II Qareginin tərəfdarları və onun istefasını tələb edənlər Eçmiədzində eyni vaxtda mitinq keçirir

II Qareginin tərəfdarları və onun istefasını tələb edənlər Eçmiədzində eyni vaxtda mitinq keçirir backend

Eçmiədzində katolikos II Qareginin tərəfdarları və onun istefasını tələb edənlər eyni anda mitinq keçirir.

 

APA “Azadlıq Radiosu”nun erməni xidmətinə istinadən xəbər verir ki, katolikosun vəzifədən uzaqlaşdırılmasını tələb edənlərlə onu dəstəkləyənləri polis səddi ayırır.

 

Hər iki tərəf qarşılıqlı olaraq şüarlar səsləndirir.

 

Ərazidə hökumət nümayəndələri, parlamentin “Hayastan” fraksiyasının deputatları da var.