Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan Azərbaycan və Türkiyə sərhədlərinə aparan dəmir yollarını bərpa etməsini istəyib.
Qaziler.az xəbər verir ki, onun çıxışı “24 News” “YouTube” kanalında yayımlanıb.
"Mən rusiyalı tərəfdaşlarımızdan Yerasxdan Azərbaycan sərhədinə və Axurikdən Türkiyə sərhədinə qədər olan hissələrdə dəmir yollarının tam bərpasını təcili olaraq həyata keçirmələrini xahiş etdim", - deyə o bildirib.
Paşinyan qeyd edib ki, təmirə ehtiyacı olduğu üçün İcevan-Qazax hissəsi üçün də oxşar bir tələb tezliklə irəli sürüləcək. O, rusiyalı tərəfdaşlarının bu tələbi mümkün qədər tez yerinə yetirəcəyinə ümid etdiyini bildirib.
QAZİLER.AZ



