Moskvada sürücülük məktəbinin şagirdi bıçaqla təlimatçıya hücum edib və saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə çərşənbə günü, 17 dekabrda "İzvestiya"ya məlumat verən mənbə bildirib.
"16 dekabrda 30 yaşlı kişi 40 yaşlı təlimatçıya hücum edərək onu bıçaqlayıb", - mənbə bildirib.
30 yaşlı Belqorod sakini ilə Moskvada yerləşən "Zvezdnı Most" sürücülük məktəbinin təlimatçısı arasında münaqişə yaranıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib.
Hazırda hadisənin təfərrüatları araşdırılır.
QAZİLER.AZ



