Rusiyanın Tacikistandakı səfiri Semyon Qriqoryev Tacikistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona Moskva vilayətindəki məktəbdə baş verən hadisə ilə bağlı nota təqdim edilib.
Qaziler.az bildirir ki, bu barədə 17 dekabrda nazirliyin mətbuat xidməti məlumat verib.
Nazirlik Tacikistandan olan dördüncü sinif şagirdinin ölümü ilə nəticələnən hadisə ilə bağlı dərhal və qərəzsiz araşdırma aparılmasını və bütün iştirakçıların qanunun bütün tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunmasını tələb edib.
"Tacikistan Xarici İşlər Nazirliyi yetkinlik yaşına çatmayan Tacikistan vətəndaşının ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verir", - Telegram kanalında bildirilib.
QAZİLER.AZ



