Rusiyanın Saratov hava limanında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Qaziler.az bildirir ki, Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) sözçüsü Artyom Korenyako bu barədə 16 dekabrda məlumat verib.
"Saratov Hava Limanı (Qaqarin). Təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - o, Telegram kanalında bildirib.
Bildirilir ki, bu tədbirlər uçuş təhlükəsizliyini təmin etmək üçün görülüb.
QAZİLER.AZ



