Dost olmayan ölkələrdən olan jurnalistlər Rusiya prezidenti Vladimir Putinə birbaşa xətt zamanı sual verə biləcəklər.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov bunu dekabrın 16-da açıqlayıb.
"Əlbəttə ki, onlar olacaq. Dost ölkələrdən olanlar da olacaq. Və burada işləməyə davam edən dost olmayan ölkələrdən olanlar da olacaq", - deyə o, Birinci Kanala bildirib.
Kremlin mətbuat xidməti dekabrın 4-də Rusiya prezidenti ilə birgə birbaşa xətt və mətbuat konfransının 19 dekabrda Moskva vaxtı ilə saat 12:00-da baş tutacağını açıqlayıb.
QAZİLER.AZ



