Belarus bəstəkarı Viktor Kopıtko vəfat edib

Belarus bəstəkarı Viktor Kopıtko  vəfat edib backend

Belarus bəstəkarı Viktor Kopıtko 69 yaşında vəfat edib. Rejissor Andrey Kureyçik ölüm xəbərini 16 dekabrda açıqlayıb.

"Böyük Belarus bəstəkarı Kopıtko vəfat etdi. Dürüst. İncə. Prinsipial. Dərin. İnanılmaz dərəcədə istedadlı", - deyə o, İnstaqramda yazıb.

Kopıtko 1956-cı ildə Minskdə anadan olub. 1975-ci ildə N.A. Rimski-Korsakov adına Leninqrad Konservatoriyasına daxil olub. 1970-ci illərin sonlarında bəstəkar teatr və kino tamaşaları üçün musiqi bəstələməyə başlayıb və 1978-ci ilə qədər "Belarusfilm" studiyası ilə əməkdaşlıq edib.

Karyerası ərzində o, 30-dan çox teatr tamaşasına və 100-ə yaxın sənədli və bədii filmə, o cümlədən "1941-ci ilin iyununda" və "Şahzadə Slutskaya"ya musiqi yazıb. Onun əsərləri Rusiya, Baltikyanı ölkələr və Qərbi Avropa da daxil olmaqla müxtəlif ölkələrin kollektivləri tərəfindən ifa olunub.

QAZİLER.AZ