Türkiyədə Putinin gözlənilən səfərindən danışılıb

Türkiyədə Putinin gözlənilən səfərindən danışılıb backend

Türkiyə Rusiya Prezidenti Vladimir Putinin 2026-cı ildə səfərini gözləyir.

Qaziler.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə türk diplomatları arasındakı mənbə bildirib.

 "Biz bu səfəri gözləyirik və ümid edirik ki, bu, gələn il baş tutacaq", - diplomat deyib.

Agentliyin mənbəsi əlavə edib ki, Rusiya liderinə dəvət artıq ən yüksək səviyyədə elan edilib. O, həmçinin səfərin tarixlərinin hələ müəyyən edilmədiyini vurğulayıb.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı həmsöhbətinə onu "hər an Ankarada" gözləyəcəyini bildirmişdi", -məlumatda deyilir. 

QAZİLER.AZ