Bolqarıstanlı könüllü Ukraynada cəbhə xəttində həlak olub

Bolqarıstanlı könüllü Ukraynada cəbhə xəttində həlak olub backend

Bolqarıstan vətəndaşı Todor Nikolaev Kuzmov Ukraynada cəbhə xəttində həlak olub. O, ölkəni Rusiya işğalından müdafiə etməyə kömək edirdi.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

Nəşrin məlumatına görə, bolqar könüllünün ölümü ilə bağlı məlumat Facebook-dakı "Memorial - International Volunteers for Ukraine" səhifəsində yer alıb.

Ukrayna və ya Bolqarıstan hakimiyyət orqanlarından bu barədə hələlik rəsmi təsdiq yoxdur.

QAZİLER.AZ