Türkiyənin Sinop bölgəsində fabrik işçilərini daşıyan mikroavtobus ilə minik avtomobilinin iştirakı ilə baş verən qəzada 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.
Sinopun Boyabat rayonunda, H.A.-nın idarə etdiyi fabrik işçilərini daşıyan xidməti mikroavtobus Karacaören Köyü ərazisində Mustafa Gemicinin idarə etdiyi avtomobillə toqquşub.
Toqquşma nəticəsində avtomobilin sürücüsü Mustafa Gemici həyatını itirib. Mikroavtobusda və avtomobildə olan 10 nəfər xəsarət alıb. Yaralılar Boyabat dövlət xəstəxanasına çatdırılıb.
Qəza ilə bağlı araşdırmalar davam edir.
QAZİLER.AZ



