Ukrayna rus hərbi əsirlərini işgəncə və qəddar rəftardan qorumalıdır.
Qaziler.az bildirir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib.
"Ukraynanı hərbi əsirləri işgəncələrdən və qəddar rəftardan qorumağa çağırıram", - Türk deyib.
O bildirib ki, noyabrın ortalarından bəri BMT nümayəndələri 127 rusiyalı hərbi əsiri ilə söhbətlər aparıblar.
Türk vurğuladı ki, onların yarısı rəsmi saxlanma yerlərinə çatmazdan əvvəl tranzit zonalarında pis rəftar və işgəncələrə məruz qalıblar.
QAZİLER.AZ



