Ukrayna təhlükəsizlik zəmanətlərinin zamanla məhdudlaşıb-məhdudlaşdırılmayacağı ilə bağlı ABŞ-la müzakirə aparmayıb.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu Niderlandın Baş naziri Dik Sxoffla keçirdiyi mətbuat konfransında bildirib.
"Bunların (təhlükəsizlik zəmanətlərinin - red.) nə qədər davam edəcəyini demək çətindir. Bu zəmanətlərin müddətli olub-olmadığını hələ müzakirə etməmişik", - deyə Ukrayna lideri bildirib.
O, ABŞ təhlükəsizlik zəmanətlərinin Konqres tərəfindən təsdiqlənməsinin Ukrayna üçün çox vacib olduğunu vurğulayıb.
"Bunların (təhlükəsizlik zəmanətlərinin – red.) nə qədər davam edəcəyini demək çətindir. Bu zəmanətlərin müəyyən bir illə məhdudlaşdırılıb-məhdudlaşdırılmayacağını hələ müzakirə etməmişik", - deyə Ukrayna dövlət başçısı bildirib.
O, ABŞ təhlükəsizlik zəmanətlərinin Konqres tərəfindən təsdiqlənməsinin Ukrayna üçün çox vacib olduğunu vurğulayıb.
QAZİLER.AZ



