Qərb Cənubi Qafqazla Rusiyanın arasını vurmaq istəyir - Kaluqin

Qərb Cənubi Qafqazla Rusiyanın arasını vurmaq istəyir - Kaluqin backend

Kollektiv Qərb ölkələri Cənubi Qafqazda dağıdıcı hərəkətlərini gücləndiriblər.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin deyib. O qeyd edib ki, bu yolla onlar regionda problem yaratmağa və Cənubi Qafqazla Rusiya arasında ziddiyyət yaratmağa çalışırlar.

“Onlar Cənubi Qafqazı "qıcıqlandırmağa", region dövlətləri ilə Rusiya arasındakı münasibətlərə və aramızda ziddiyyət yaratmağa çalışırlar”, - Kaluqin iddia edib.

Diplomat əlavə edib ki, Cənubi Qafqazdakı hadisələr həmişə Rusiyanın xarici və daxili təhlükəsizlik maraqlarına birbaşa təsir edib. O qeyd edib ki, Qərb "qaydasız oyunlar" oynayır. Kaluqinin fikrincə, bu, yaradıcı deyil, bölünmə siyasətidir.

“Əsas məqsəd başqalarının maraqları hesabına ölkəmizə zərər vermək və daha bir regionu anti-Rusiya planlarına cəlb etməkdir”, - o, yekun olaraq qeyd edib.

QAZİLER.AZ