İdman vətəndaşlığını dəyişdirən şahmatçı qrossmeyster titulundan məhrum edilib

İdman vətəndaşlığını dəyişdirən şahmatçı qrossmeyster titulundan məhrum edilib backend

Şahmatçı Vladimir Fedoseyev Rusiyanın qrossmeyster və idman ustası titullarından məhrum edilib.

Rusiyalı şahmatçı Vladimir Fedoseyev qrossmeyster və idman ustası titullarından məhrum edilib.

Qaziler.az bildirir ki, bu barədə Rusiya İdman Nazirliyinin saytında məlumat verilib.

Fedoseyevin idman titullarından məhrum edilməsi barədə əmrlər Rusiyanın İdman Naziri Mixail Deqtyarev tərəfindən imzalanıb və nazirliyin saytında dərc edilib.

Şahmatçı 2012-ci ildə İdman Ustası olub və 2014-cü ildə Qrossmeyster statusunu alıb.

2023-cü ildə Fedoseyev idman vətəndaşlığını Sloveniya vətəndaşlığına dəyişdirəcəyini açıqlayıb. O, qərarını Rusiya üçün yarışmaq istəməməsi ilə izah edib.

QAZİLER.AZ