Berlində ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb - YENİLƏNİB

Berlində ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb -  YENİLƏNİB backend

Berlində ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb.

Apa Ukrayna mediasına istinadən xəbər verir ki, danışıqlar 2 saata yaxın davam edib.

***

15:30

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Berlində dünən başlayan müzakirələr bu gün davam edib.

Apa xəbər verir ki, bu barədə etibarlı mənbə "European Truth"a məlumat verib.

Qeyd edək ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski özünün başçılıq etdiyi heyətlə ABŞ tərəfi arasında olan danışıqların 5 saatdan çox davam etdiyini bildirib.

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff görüşdə böyük irəliləyiş əldə edildiyini deyib.

Bu gün Fransa, Böyük Britaniya, Niderland, İtaliya və digər Avropa liderlərinin də müzakirələrdə iştirak etməsi gözlənilir.