Gürcüstanın Marneuli bölgəsindəki dövlət məktəbində şagirdlər arasında baş verən qarşıdurma xəsarətlə nəticələnib.
Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, mövcud məlumata görə, sözlü mübahisə davaya çevrilib və yeniyetmə başından iti uclu silahla xəsarət alıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən InterPressNews-a verilən məlumata görə, cinayət məcəlləsinin qəsdən yüngül bədən xəsarəti yetirmə maddəsi ilə istintaq başlanıb.
Nazirliyin məlumatına görə, xəsarət alan yeniyetmə xəstəxanaya aparılıb və vəziyyəti qənaətbəxşdir.
QAZİLER.AZ



