Ukrayna Prezidentinin Ofisi Fransanın "Le Monde" qəzetində Kiyevin ABŞ ilə danışıqların bir hissəsi olaraq Donbasda "bufer zonası" yaradılmasına razılıq verməyə hazır olduğu barədə yayılan məlumatları təkzib edib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Prezidentinin kommunikasiya üzrə müşaviri Dmitri Litvinin jurnalistlərə verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Prezidentin komandası qeyd edir ki, "Le Monde"nin təfsiri səhvdir.
Litvin izah edib ki, Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Fransa qəzetinə Ukraynanın razılıq verdiyini deməyib, lakin nəzəri olaraq müxtəlif təhlükəsizlik modellərinin müzakirə edilə biləcəyini deyib - lakin hər şey detallardan, nəzarət mexanizmlərindən və hüquqi təminatlardan asılıdır.
Yəni, Podolyak qeyd edib ki, bu cür məsələlərlə bağlı istənilən qərar yalnız ən yüksək siyasi səviyyədə və ya Ukrayna xalqı tərəfindən qəbul edilə bilər.
QAZİLER.AZ



