Rusiya Prezidenti Vladimir Putin venesuelalı həmkarı Nikolas Maduro ilə telefon danışığında Rusiyanın Venesuela hökumətini dəstəklədiyini təsdiqləyib. Telefon danışığı dekabrın 11-də baş tutub.
Qaziler.az bildirir ki, bu barədə Kremlin saytında məlumat verilib.
"Vladimir Putin Venesuela xalqı ilə həmrəyliyini ifadə etdi və artan xarici təzyiq qarşısında milli maraqların və suverenliyin qorunmasına yönəlmiş Maduro hökumətinin kursunu dəstəklədiyini bir daha təsdiqlədi", - məlumatda deyilir.
QAZİLER.AZ



