Valentin Serovun rəsmi Moskvada hərracda 1,5 milyon dollara satılacaq.
Qaziler.az bildirir ki, bu barədə "Veçernyaya Moskva" qəzeti məlumat verib.
Rus rəssamı Valentin Serovun "D.G. fon Dervizin portreti" rəsm əsəri Moskvada hərraca çıxarılacaq.
Mənbənin məlumatına görə, əsər 1,5 milyon dollara təklif olunacaq. Hərrac evi bütün lotların ümumi dəyərini 2,5 milyard rubl qiymətləndirir.
"İlk dəfə olaraq, Rusiya məkanı dünya incəsənət bazarının liderləri olan Christie's və Sotheby's kolleksiyalarını dəyəri və miqyası baxımından üstələyən bir kolleksiya toplaya bilib", - bu barədə hərrac təşkilatçılarının nümayəndələri bildiriblər.
QAZİLER.AZ



