Sankt-Peterburqda bazarda yanğın: Ölən var - VİDEO

Sankt-Peterburqda bazarda yanğın: Ölən var - VİDEO backend

Sankt-Peterburqun Nevski rayonundakı bazar binasında yanğın baş verib, nəticədə bir nəfər ölüb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi dekabrın 10-da məlumat yayıb.

"Təəssüf ki, yanğınsöndürmə prosesi zamanı bir nəfərin meyiti tapılıb", - idarənin MAX kanalındakı məlumatda göstərilib.

Xilasedicilər 1500 kvadratmetr ərazini əhatə edən yanğını lokallaşdıra biliblər. Binadan 100 nəfər təxliyə edilib. Yanğının söndürülməsi üçün 96 yanğınsöndürən və 26 texnika cəlb edilib.

Şahidlərin sözlərinə görə, yanğın Moskva vaxtı ilə saat 16:00 radələrində başlayıb.

Fövqəladə Hallar Nazirliyinin xilasedicilərindən biri Yaroslav Kasalapov "İzvestiya"ya bildirib ki, yanğına qaz balonunun partlaması səbəb olub. O əlavə edib ki, bəzi insanlar pəncərələrdən tullanaraq alovdan qaçmağa çalışıblar.

QAZİLER.AZ