Polşanın dövlətə məxsus müdafiə şirkəti PGZ, Ukraynada döyüş sınaqlarından keçirilmiş hərbi texnikanın, eləcə də ikili təyinatlı məhsulların müttəfiqlərinə satışını artırmağı planlaşdırır.
Qaziler.az bildirir ki, Bloomberg-in məlumatına görə, bu barədə şirkətin baş direktoru Adam Leskieviç bildirib.
Onun sözlərinə görə, PGZ daşına bilən hava hücumundan müdafiə sistemlərinin, artilleriya sistemlərinin, xüsusən də haubitsaların və Ukrayna cəbhəsində effektivliyini sübut etmiş texnologiyaların ixracını genişləndirəcək.
Şirkət həmçinin ikili təyinatlı məhsullarla özəl sektora daxil olmağı da nəzərdən keçirir.
QAZİLER.AZ



