Yalovadakı evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" adıyla tanınan məşhur sənətçi Gül Tutun qızı Tuğyan Ülkem Gülter və hadisə baş verən gün eyni otaqda olan dostu Sultan Nur Ulu İstanbulda saxlanılıb.
Qaziler.az Trt-Haber-ə istinadən bildirir ki, Çınarcık rayonu Harmanlar məhəlləsində Vəli Akı küçəsində yerləşən 6 mərtəbəli binada evinin teras pəncərəsindən yıxılaraq dünyasını dəyişən türkiyəli müğənni Gül Tutun ölümü ilə bağlı Yalova Respublika Prokurorluğunda istintaq davam edir.
İstintaq çərçivəsində bir müddət nəzarətdə olduqları iddia edilən Gülter və Ulu ölkəni tərk etməyə hazırlaşdıqları iddiasına görə saxlanılıb.
QAZİLER.AZ
Qərarın ardından Gülter və Ulu İstanbulda olduqları müəyyən edilən ünvanda keçirilən əməliyyatla saxlanılaraq əməliyyatları tamamlandıqdan sonra Yalova Polis İdarəsinə aparılıb.



