Moldova Ordusu NATO-dan avadanlıq və fərdi qoruyucu vasitələr partiyası alıb.
Qaziler.az-ın xarici mətbuata istinadən məlumatına görə, Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Şimali Atlantika Alyansı müdafiə və təhlükəsizlik qabiliyyətlərinin gücləndirilməsi təşəbbüsü çərçivəsində Moldova ordusuna yeni avadanlıq və fərdi mühafizə vasitələri verib.
Göndərilən yükə dəbilqələr, qoruyucu kostyumlar, tibbi manekenlər, kompüter avadanlığı, avtomobillər və mebellər daxil idi.
QAZİLER.AZ



