Kurqan yaxınlığında sərxoş sürücünün olduğu avtomobil buzun içinə aşıb və sürücü ölüb.
Qaziler.az bildirir ki, Rusiya Federasiyasının regional istintaq komitəsinin mətbuat xidmətinin məlumatına görə, Kurqan vilayətindəki Şuçye gölündə avtomobil buzun altına düşüb.
Agentlik bildirir ki, sərxoş sürücü ölüb, üç sərnişini isə batan avtomobildən xilas ola bilib.
İlkin məlumatlara görə, 8 dekabr axşamı kişi buzla örtülü gölə çıxıb. Nəticədə buz çöküb və avtomobil batıb.
Hazırda ilkin araşdırmalar aparılır. Hadisə yerinə istintaq qrupu göndərilib. Avtomobilin göldən çıxarılması üçün işlər davam edir, regional axtarış-xilasetmə xidmətinin dalğıcları isə cəsədin axtarışını davam etdirirlər.
QAZİLER.AZ



