Zelenski Trampın seçki tələbinə cavab verdi: Həmişə hazıram

Zelenski Trampın seçki tələbinə cavab verdi: Həmişə hazıram backend

Ukrayna Prezidenti Vladimir Zelenski prezident seçkilərini keçirməyə hazır olduğunu bildirib.

Qaziler.az bildirir ki, RBC-Ukraynanın məlumatına görə, Ukrayna lideri bu açıqlamanı La Repubblica-ya verdiyi şərhdə deyib.

Nəşrin məlumatına görə, Zelenskidən prezidentin adətən Romaya səfərləri zamanı qaldığı Parioli rayonundakı oteldən çıxarkən seçkilərlə bağlı soruşulub.

"Mən həmişə hazıram", - deyə Ukrayna lideri vurğulayıb.

O, həmçinin əlavə edib ki, İtaliyanın Baş naziri Ciorcia Meloniyə etibar edir və onun Ukraynaya kömək edəcəyini gözləyir.

QAZİLER.AZ