Putin Donbası Rusiyanın "tarixi ərazisi" adlandırır - VİDEO

Putin Donbası Rusiyanın "tarixi ərazisi" adlandırır - VİDEO backend

Donbas Rusiya ərazisidir, bu tarixi faktdır

Qaziler.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bunu 9 dekabrda Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının iclasında deyib.

"Donbas bizim tarixi ərazimizdir. Əlbəttə. Rusiya elə yaradılıb ki, bura həmişə Rusiyanın bir hissəsi olub; buna şübhə yoxdur. Bu, sadəcə təbii bir şeydir, tarixi faktdır", - deyə o bildirib.

Rusiya lideri deyir ki, Donbas əvvəlcə RSFSR-in tərkibində olub, lakin sonradan Vladimir Lenin tərəfindən Ukrayna SSR-ə verilib. O, Ukraynadakı münaqişənin 2014-cü ildə ölkədə baş verən dövlət çevrilişindən sonra başladığını, çevrilişə etiraz edən Donbas sakinlərinə qarşı ağır texnika, artilleriya və hava qüvvələrindən istifadə edildiyini vurğulayıb.

"Biz buna (münaqişəyə - red.) son ​​qoymağa çalışırıq. Biz bunu silah gücü ilə etməyə məcburuq", - deyə Putin özünə haqq qazandırıb.

QAZİLER.AZ