Gürcüstan uşaq "Avroviziya" mahnı müsabiqəsinə ev sahibliyi etməyə hazırlaşır

Gürcüstan uşaq "Avroviziya" mahnı müsabiqəsinə ev sahibliyi etməyə hazırlaşır backend

Uşaq "Avroviziya" finalına cəmi bir neçə gün qaldığı üçün iştirakçılar fəal şəkildə məşq edir və qarşıdan gələn müsabiqəyə hazırlaşırlar. Şounun səhnəsi və dekorasiyası artıq tam hazırdır.

Qaziler.az bildirir ki, bu barədə "qruziya-onlayn" məlumat verib.

Bu gün mədəniyyət naziri Tinatin Ruxadze müavinləri və "Starring Georgia" nümayəndələri ilə birlikdə davam edən işləri bir daha nəzərdən keçirib.

Mədəniyyət naziri bildirirb ki, hazırlığın son mərhələsi gedir.

Gürcüstan 2025-ci il Uşaq "Avroviziya" Mahnı Müsabiqəsinə ev sahibliyi edəcək və final şousu 13 dekabr saat 20:00-da keçiriləcək. Avropanın ən nüfuzlu uşaq müsabiqəsinin finalında 18 ölkədən nümayəndə, o cümlədən Gürcüstanı təmsil edən "Ranina" layihəsinin qalibi Anita Abqaryan iştirak edəcək.

Səsvermə 12 dekabr saat 00:00-da jesc.tv-də başlayacaq.

13 dekabrda tədbiri təşkil edən Gürcüstan İctimai yayımçısı final şousunu canlı yayımlayacaq.

QAZİLER.AZ